Neftçalada piyadanın ölümü ilə nəticələnən yol qəzası olub.

Hadisə axşam saatlarında Kürqarabucaq kəndində qeydə alınıb.

Kənd sakini, 1970-ci il təvəllüdlü Məmmədova Səidə Məmmədəli qızı yolu keçərkən avtomobil onu vurub.

Müxtəlif dərəcəli xəsarətlər alan piyada Salyan Rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da, dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır./Report