Mil- Muğan Regional Təhsil İdarəsinin İmişli rayon sektoru üzrə Nizami Gəncəvi adına 2 nömrəli tam orta ümumtəhsil məktəbində " Novruz gəldi, yaz gəldi..." adlı ədəbi- bədi, musiqili bayram tədbiri müəllim- şagird kollektivləri və valideynlər tərəfindən maraqla qarşılandı.
Mia.az xəbər verir ki, tədbiri giriş sözü ilə açan məktəbin direktoru, təcrübəli pedaqoq Nərminə Quliyeva Novruz ənənələrindən, bayramın ta qədimdən milli ruhumuza, azərbaycançılıq dəyərlərimizə uyğun olaraq keçirilməsinin əhəmiyyətindən danışıb, tədbir iştirakçılarını təbrik etdi.
Sonra aparıcı sözü tədbirdə iştirak edən Azərbaycan Respublikasının Əməkdar müəllimi, Prezident təqaüdçüsü Səxavət Tağlara (Tağıyev) verdi. Səxavət müəllim tədbir iştirakçılarını salamlayıb, N. Gəncəvi adına 2 nömrəli tam orta ümumtəhsil məktəbinin mükəmməl təhsil ənənələrindən danışdı, Novruz günlərinin xalqımıza, dövlətimizə və Azərbaycan təhsilinə uğurlar gətirməsini arzuladı.
Şagirdlərin ifasında Bahar ənənələri əks olunan şerlər dinlənildi, mahnılar oxundu. Milli geyimli məktəblilərin rəqsləri və Novruz ənənələrinə uyğun yumoristik səhnəcikləri hər kəsin marağına səbəb oldu.
Aksana MURADOVA- təşkilatçı müavin.
Rəna MİKAYILOVA- UBR