Küveytdəki Əl-Əhmədi limanında ölkənin Neft Korporasiyasına məxsus neft emalı zavodunda pilotsuz uçuş aparatının (PUA) endirdiyi zərbədən sonra yanğın baş verib.

 Küveyt agentliyi KUNA korporasiyanın bəyanatını yayıb.

"PUA hücumu Mina əl-Əhmədi neft emalı zavodunda kiçik yanğın səbəb olub, lakin heç kim xəsarət almayıb", - məlumatda bildirilib.

Qeyd olunub ki, yanğın lokallaşdırılıb.

Mina əl-Əhmədi neft emalı zavodu Yaxın Şərqdəki ən böyük zavodlardan biridir, onun istehsal gücü gündəlik 730 min bareldir.