Səudiyyə Ərəbistanının "Samref" neft emalı zavodu (NEZ) hava hücumuna məruz qalıb.

Bu barədə "Reuters" agentliyi məlumat yayıb.

Hücum nəticəsində dəymiş ziyanın cüzi olduğu bildirilir.

Qeyd edək ki, "Samref" NEZ "Saudi Aramco" və "Exxon Mobil" şirkətlərinin birgə müəssisəsidir. Bu liman hazırda Səudiyyə Ərəbistanı neftinin ixracı üçün yeganə məntəqədir.

MİA.AZ