İran Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricaninin İsrailin hücumu nəticəsində öldürüldüyünü açıqladı.

Mia.az xarici mətbuatına istinadla xəbər verir ki, İran dövlət televiziyası Laricaninin ofisindən yazılı açıqlama yayımlayıb.

Bəyanatda deyilib: "Ali Milli Təhlükəsizlik Şurasının Baş katibi Laricani bu səhər hücumda oğlu Murteza, müavini Əlirza Bayat, Şura Katibliyinin işçiləri və bir neçə mühafizəçi ilə birlikdə öldürülüb."

Tahir Şəlvəli

MİA.AZ