İran Fars körfəzi ilə həmsərhəd olan Buşehr Atom Elektrik Stansiyasına raket zərbəsi endirildiyini, lakin heç bir itki və ya dağıntı olmadığını bildirib.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, stansiyanın heç bir hissəsinə zərər dəymədiyi qeyd edilən açıqlamada bu cür hərəkətlərin nüvə obyektlərinin hərbi hücumlardan toxunulmazlığı ilə bağlı bütün beynəlxalq qaydaları pozduğu bildirilir.
Açıqlamada həmçinin əlavə olunub ki, "Bu cür hücumlar Fars körfəzi ölkələri də daxil olmaqla bütün region üçün düzəlməz nəticələrə səbəb ola bilər".
Samir Musayev
MİA.AZ