Azərbaycanın "Azeri LT CIF" markalı neftinin qiyməti 1.03 dollar ucuzlaşıb.
Mia.az xəbər verir ki, hazırda “Azeri Light”in bir bareli 108.16 dollara satılır.
Xatırladaq ki, bundan əvvəl neftimizin qiyməti 3.5215 dollar bahalaşmışdı.
Yeri gəlmişkən, 2026-nın Dövlət büdcəsində bir barel neftin orta qiyməti 65 dolları götürülüb.
Lamiyə Əhmədli
MİA.AZ