ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) sözçüsü Tim Hokins, ABŞ və İsrailin İrana hücumlarının başlanğıcından bəri yaralanan ABŞ əsgərlərinin sayının 200-ə çatdığını bildirdi.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, Hokins hücumların başlanğıcından bəri təxminən 200 ABŞ əsgərinin yaralandığını, onlardan 10-unun ağır yaralı hesab edildiyini bildirdi.
O, həmçinin yaralı əsgərlərin 180-dən çoxunun xidmətə qayıtdığını qeyd etdi.
Martın 10-da ABŞ Müdafiə Nazirliyinin sözçüsü Şon Parnell ABŞ və İsrailin İrana hücumlarından sonra 8-i ağır yaralanan təxminən 140 ABŞ əsgərinin yaralandığını bildirdi.
Tahir Şəlvəli
MİA.AZ