İrandan atılan daha bir raket Türkiyə səmasında vurulub.
Mia.az Türkiyə mətbuata isinadla xəbər verir ki, bu haqda Milli Müdafiə Nazirliyi açıqlama yayıb.
Bildirilib ki,bu gün İrandan atılan və Türkiyə hava məkanına daxil olan ballistik raket Şərqi Aralıq dənizindəki NATO hava və raketdən müdafiə elementləri tərəfindən zərərsizləşdirilib: "Türkiyə ərazisinə və hava məkanına yönəlmiş bütün təhdidlərə qarşı zəruri tədbirlər qətiyyətlə və tərəddüd etmədən görülür. Hadisənin bütün aspektlərini aydınlaşdırmaq üçün müvafiq ölkə ilə müzakirələr aparılır. Milli təhlükəsizliyimizə zərər verən bütün hadisələr dəyərləndirilir".
Firudin Səfərli
MİA.AZ