İraqın Ərbil şəhərindəki birgə Fransa-Peşmərgə hərbi bazasına dron hücumu həyata keçiriliib.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə Ərbil hökuməti açıqlama yayıb.
Bildirilib ki, hərbi bazaya endirilən kamikadze ron hücumu nəticəsində bazatya zərər dəyib, ölən və yaralaanlar var.
Fransa prezidenti Emmanuel Makron da hücuma sərt reaksiya verib. O, faktı təsdiqləyərək bir fransız hərbçisinin hücumda həlak olduğunu, bir neçə fransız əsgərinin isə yaralandığını açıqlayıb.
Makron bildirib ki, Fransanın İraqdakı bazası bölgədə terrorizmə qarşı mübarizə üçündür: "2015-ci ildən bəri İŞİD-lə mübarizə aparan qüvvələrimizə qarşı bu hücum qəbuledilməzdir".
Məlumatda hücumu kimin həyata keçirdiyi barədə heç bir məlumat paylaşılmayıb. Əlavə edilib ki, oxşar hücum ABŞ bazasının da yerləşdiyi Ərbil hava limanı yaxınlığında da baş verib və orada iki güclü partlayış səsi eşidilib.
Yerli media orqanları isə hücumun İran tərəfindən həyata keçirildiyini iddia ediblər.
Tahir Şəlvəli
MİA.AZ