Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş katibi Antonio Quterreş Livana səfər edib.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, o, Beyrutdan dünyaya mesaj verib.

BMT-nin Baş katibi iddia edib ki, hazırda Livanı bombalayan İsrail bütün bölgəni müharibəyə çəkir: "Livan xalqı müharibəni seçməyib, əksinə müharibəyə sürüklənir".

Baş katib bildirib ki, BMT və şəxsən o, Livanın və regionun layiq olduğu dinc gələcək üçün səylərini əsirgəməyəcək.

Tahir Şəlvəli

MİA.AZ