İsrailin hücumu nəticəsində İran diplomatları həlak olub.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu məlumatı İranın BMT-dəki Daimi Nümayəndəsi Əmir Səid İrəvani verib.

Onun sözlərinə görə, İsrailin Beyrutdakı Ramada otelinə hücumunda dörd İran diplomatı həlak olub: "Biz bu hadisə ilə bağlı BMT Baş Katibinə və Təhlükəsizlik Şurasın məktubla müraciət etmişik. Bu, açıq-aydın terror aktıdır. İsrail bilə-bilə beynəlxalq hüququ pozaraq, orada İran diplomatlarını öldürüb".

Tahir Şəlvəli

MİA.AZ