ABŞ və İsrailin İrana hücumun 11-ci günü ABş lideri Donald Tramp İrana dipomatik mesaj verib.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, o, "Fox News"a açıqlamasında İran rəsmiləri ilə görüşə hazır olduğuna işarə vurub.

Tramp bildirib ki, İran həqiqətən onunla danışmaq istəyir: "Danışıq şəraitdən asılı olaraq mümkündür. Artıq danışmağa ehtiyac yoxdur, bilirsiniz. Amma bu o deməkdeyil ki, qapı tamam qapanıb. Görüşümüz mümkündür"

Maraqlı burasıdır ki, Trampın bu açıqlamasına rəsmi Tehrandan dəqiqələr keçməmiş operatib reaksiya verilib.

İran Parlamentinin sədri Məhəmməd Bağır Qalibaf Trampı təkzib edib: "İran əsla onunla - ABŞ-la atəşkəs yolu axtarmır. Bu, qətiyyən belə deyil. Atəşkəs istəyi və ya tələbimiz yoxdur. Əksinə, təcavüzkarın ağzına yumruq vurulmalıdır ki, o, dərsini öyrənsin və bir daha sevimli İranımıza hücum etməyə cəsarət etməsin."

İsraili hədəf alan Qalibaf daha sonra deyib ki, sionist rejimi öz dominantlığını möhkəmləndirmək üçün "müharibə-danışıq-atəşkəs və sonra yenidən müharibə" prinsipiylə toparlanmağa çalışır: "Biz bu prinsipi də məhv edəcəyik"

Tahir Şəlvəli

MİA.AZ