Bu gün Rusiya Prezidenti Vladimir Putin və İran Prezidenti Məsud Pezeşkyan arasında telefon danışığı olub.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə Kremldən açıqlama verilib.

Bildirilib ki,  Putin və Pezeşkyan arasında telefon danışığında ABŞ və İsrailin İrana qarşı təcavüzü nəticəsində Yaxın Şərqdə yaranmış böhranlı vəziyyət geniş müzakirə olunub: "Putin İran prezidenti ilə müzakirədə Rusiyanın gərginliyin azaldılması və problemin siyasi yollarla həll edilməsi ilə bağlı fundamental mövqeyini bir daha təsdiqləyib. Pezeşkyan isə Rusiyanın İrana dəstəyinə, xüsusən də humanitar yardım göstərməsinə görə Putinə təşəkkür edib".

Qeyd edək ki, Rusiya və İran prezidentləri bir neçə gün əvvəl də telefonda danışıb.

Onu da xatırladaq ki, Rusiya Prezidenti Vladimir Putin dünən ABŞ Prezidenti Donald Trampla telefona İranla bağlı vəziyyətin müzakirə edib.

Samir MUSAYEV

MİA.AZ