Sumqayıtda qətl hadisəsi baş verib.

Mia.az xəbər verir ki, hadisə Hacı Zeynalabdin qəsəbəsi ərazisində qeydə alınıb.

Yevlax rayon sakini, 1977-ci il təvəllüdlü İsmayıl Ramazanov aralarında yaranmış mübahisə zamanı həyat yoldaşı, 1995-ci il təvəllüdlü Mehriban Ağabalazadəyə bıçaqla xəsarətlər yetirib.

Ağır xəsarətlər alan qadın hadisə yerində ölüb.

İsmayıl Ramazanov polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib.

Faktla bağlı araşdırma aparılır(report).