Qəbələdə Azərbaycan kuboku uğrunda dörddə bir cavab oyunu çərçivəsində qarşılaşan "Qəbələ"-"Sabah" oyun sonrası mətbuat konfransında "Sabah"ın baş məşqçisi Valdas Dambrauskas mia.az-ın əməkdaşının suallarını cavablandırıb.

 Xatırladaq ki, Masazır klubu penaltilər seriyasında qalib gələrək yarımfinala yüksəlib. Yarımfinalda "Sabah"ı "Qarabağ"la mübarizə gözləyir.

-2 qoldan sonra oyunun uzatmalara və penaltilərə qədər gedib çıxmasının səbəbi komandanın arxayınlaşması ilə bağlı ola bilərmi?

-Mən bütün sualların cavabını bilsəydim, yəqin ki, futbolda ən ağıllı insanlardan biri olardım. Bu gün bizim ağlımıza belə gəlməyən hallar gerçəkləşdi. Oyun demək olar ki, bizim nəzarətimiz altında idi. Arada kiçik fürsətlər yaratdıq rəqibə. Elə ikinci hissəyə də tam nəzarət edirdik. Xüsusilə rəqibin 10 nəfərlə azlıqda qaldığı dəqiqələr idi. Təbii ki, 0-2 öndə olduğumuz halda dalbadal iki qol buraxmağımızın səbəblərinə daha dəqiq baxmalıyıq və dərin təhlil etməliyik. Burada təkcə psixoloji yox, həm də taktiki problemlər ola bilər.

-Həm ölkə kuboku, həm də çempionatın qalibi olmağa yaxınlaşma hissləriniz varmı?

- Hazırda məndə belə hisslər yoxdu. İndi yalnız onu düşünürəm ki, oyunçuları bərpa edim və növbəti oyunlara hazırlaşım.

Zülfiyyə Mustafayeva

Mia.az

Qəbələ-Bakı-Qəbələ