""Azəriqaz" İB əmək qanunvericiliyinə "blok" qoymaqda davam edir".

Mia.az xəbər verir ki, bunu Neftçilərin Hüquqlarının Müdafiə Komitəsinin sədri, hüquq müdafiəçisi Mirvari Qəhrəmanlı Feysbuk-dakı hesabında yazıb.

O bildirib ki, bu barədə "Azəriqaz"ın işçiləri ona aşağıdakı məzmunda şikayət yazıblar:  

"Heç bir hüquqi əsas olmadan sayğac əməliyyatları üzrə çilingərlərin qeyri-iş günlərində işə cəlb olunmasına son verilməlidir.

Mart ayında iş günlərinin sayı az olduğundan əməkhaqqı məbləği də aşağı düşür və orta hesabla çilingərlərin maaşı 450–500 manat civarında olacaq. Buna baxmayaraq, artıq indidən mart ayının 23-dən 31-dək bütün əməkdaşların işə çıxması tələb olunur və işə gəlməyənlərin işdən azad ediləcəyi bildirilir.

Əmək qanunvericiliyinə uyğun olmayan bu cür göstərişlərin verilməsinin səbəbi aydın deyil və məsələyə hüquqi baxımdan aydınlıq gətirilməsi zəruridir.

İndi ortaya belə sual çıxır:

Saat hesabı işləyən çilingərləri Əmək Məcəlləsinin hansı maddəsini əsas tuyutub bayram və istirahət günləri işə çağırırsan, gəlmədiyi halda hansı maddəsini əsas tutub işdən çıxarsan?".

Komitə sədri daha sonra deyib ki, ""Azəriqaz"ın fəaliyyətinin müstəqil Auditor tərəfindən yoxlanılmalıdır: "Buna çox ciddi ehtiyac var!".

 

Samir MUSAYEV

MİA.AZ