ABŞ və İsrailin başlatdığı və İranın əks həmlələrlə cavab verdiyi müharibə getdikcə şiddətlənir. Gərginliyin pik həddə olduğu bir anda isə nüvə silahına sahib olan Şimali Koreya lideri Kim Çen In İrana açıq dəstək vədi verib.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, o, İsraili vurmaq üçün İrana strateji raket tədarük etməyə hazır olduqlarını bildirib.
Şimali Koreya lideri Kim Çen In ölkə mediasına açıqlamasında deyib: "Əgər İran istəsə, İsrailə qarşı onlara raketlər göndərəcəyik. Təkcə bir raketimiz onları məhv etməyə yetər!".
Xatırladaq ki, ABŞ və İsrail 4 gün ərzində İranda 1250-dən çox hədəfə zərbə endirib, ümumilikdə aralarında ali dövlət rəsmilərinin də olduğu 800-dək şəxs həlak olub. İran isə raket və dronlardan istifadə edərək İsrail və ABŞ-ın bölgədəki ərəb mütəffiqlərindəki bazalarına zərbələr vurur.
Tahir Şəlvəli
MİA.AZ