Bu gün Şamaxıda yerli klubun "Neftçi"ylə oyunu anşlaqla müşayiət olunub.

Mia.az xəbər verir ki,  tribunalarda xeyli xanım azarkeş görüntülənib.

Mia.az-ın əməkdaşıyla söhbətdə xanımlar "Şamaxı"nı bütün oyunlarda dəstəklədiyini bildirib.

Rayonda təhsil müəssisələrində tələbə olan xanımlar əslən müxtəlif rayonlardan olsa da, ev sahibini oyunlarda tək qoymamağa çalışır. 

Azarkeş xanımlar bildirir ki, bu gün hesab qonaqların xeyrinə ola bilər: ""Neftçi"nin 3 qol vura biləcəyini düşünürük".

Azarkeş tribunasını həmçinin "Şamaxı"nın fanklubu şənləndirib: onlar maraqlı pankrat açıb.

Zülfiyyə Mustafayeva 
Mia.az
Şamaxı