Türkiyə ordusunda gizli təşkilatlandığı iddia olunan FETÖ-yə qarşı əməliyyat keçirilib.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, Quru Qoşunları Komandanlığında baş tutan əməliyyata Ankara Baş Prokurorluğu rəhbərlik edib.
Prokurorluqdan bildirilib ki, əməliyyatla 22 nəfər tutulub: "Əməliyyatla müəyyən olunub ki, qondarma təşkilat üzvləri Ankaradakı kiçik dükanlar, baqqalllar və bazarlardakı ümumi telefonlarla bir-birləri ilə təmas halında olublar. Beləliklə, şəxsiyyəti aydınlaşdırılan 5 yüksək rütbəli hərbçi, 5 gizir, 2 keçmiş hərbçi, 9 təqaüddə olan keçmiş yüksək rütbəli hərbçi, bir dövlət qulluqçusu da daxil olmaqla 22 nəfər haqqında həbs qətimkan tədbiri seçilib".
Məlumatda deyilir ki, 3 nəfər isə axtarışa verilib.
Hüseyn Namazov
MİA.AZ