İsrail ordusu bu gün Livanın paytaxtı Beyrutda televiziya kanalını bombalayıb.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, ordu vurulan telekanalın Huizbullah qruplaşmasına məxsus olduğunu açıqlayıb.

Məlumada deyilir ki, telekanal hava hücumu ilə vurulub.

Livan xəbər agentliyi NNA faktı təsdiqləyib. Bildirilib ki, İsrail qırıcıları səhər saatlarında Beyrutun cənubundakı Hizbullahın qalası kimi tanınan Dahiye bölgəsinə Hizbullaha bağlı olan Əl-Manar TV-nin binasını dağıdıb.

Tahir Şəlvəli

MİA.AZ