Naxçıvan Muxtar Respublikası Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinə yeni sədr təyin olunacaq.
Mia.az 32gun.az-a istinadla xəbər verir ki, bu vəzifəyə Rəmzi Tahirli gətirilir.
Rəmzi Tahirli Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidmətinin rəhbəridir. O, əvvəllər Naxçıvan televiziyasında çalışıb.
Rəmzi Tahirlinin Naxçıvan teleradiosunun sədri vəzifəsinə bu həftə ərzində təyin ediləcəyi gözlənilir.
Qeyd edək ki, Naxçıvan teleradiosunun bundan əvvəlki sədri Sahil Tahirli idi. Sahil Tahirli ötən ilin iyun ayında vəzifəsindən azad olunub. Hazırda Səhmdar Cəmiyyətin sədri vəzifəsini sədr müavini İlhamə Novruzova icra edir.
