Xarici işlər naziri Ceyhun Bayramov bu gün Qazaxıstan XİN başçısıYermek Koşerbayev arasında telefonda danışıb.
Mia.az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.
Telefon danışığı zamanı regionda hərbi eskalasiya və artan gərginlik müzakirə olunub.
Nazirlər son hərbi eskalasiyadan dərin narahatlıqlarını ifadə edib və vəziyyətin daha da kəskinləşməsinin regional təhlükəsizlik və sabitliyə ciddi təhdid yaratdığını vurğulayıblar.
Tərəflər iki ölkənin bölgədə yerləşən diplomatik missiyalarındakı konsulluq bölmələri arasında əməkdaşlığın gücləndirilməsinin, vətəndaşlara göstərilən dəstək istiqamətində əlaqələndirilmiş işin təşkilinin faydalı olacağını bildiriblər.
Telefon danışığı zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.