"Azəriqaz” İstehsalat Birliyinin dövlət qarşısında külli miqdarda vergi borcu yaranıb.

Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin məlumat bazasında məlumat yayılıb.

Məlumat bazasına görə, "Azəriqaz”ın İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinə 5171915.59 manat vergi borcu var.

Borcun hansı səbəblərdən yarandığı isə məlum deyil.

Qeyd edək ki, "Azəriqaz" İstehsalat Birliyinin baş direktoru Azər Məmmədovdur/qaynarinfo.