İrana hücum kontekstində dünya neft tədarükü zəncirinin 1/3-dən çoxunu özündə birləşdirən Hörmüz boğazının faktiki bağlanması qlobal enerji təchizatında böyük problemə yol açıb.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, məhz bu boğazın bağlanmasına görə, neftin qiymətləri son 14 ayın ən yüksək həddinə çatıb.

Artıq brent markalı neftin qiyməti beynəlxqalq birjalarda 13 faiz yüksəlib. 

Məlumata görə, günə sürətli yüksəlişlə başlayan Brent markalı neftin qiyməti artıq 82 dollara qalxıb: "Bazarlardakı qeyri-müəyyənlik investorları təhlükəsiz sığınacaqlara yönəltsə də, qızıl qiymətləri də yeni rekord hədddə - 2,8 faiz bahalaşaraq unsiyası 5397 dollara satılır"

Lamiyə Əhmədli

MİA.AZ