"İsrail və ABŞ-ın İrana qarşı apardığı müharibə beynəlxalq qanunlara zidd və təcavüzkar aktdır".
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu sözləri İran Xarici İşlər naziri Abbas Əraqçi İsrail və ABŞ-ın ölkəsinə qarşı birgə hücumuna münasibətdə deyib.
Nazir bildirib ki, Netanyahu və Trampın İrana qarşı apardığı qanunsuz müharibə cavabsız qalmayacaq: "Güclü silahlı qüvvələrimiz bu günə hazırdır və təcavüzkarlara layiq olduqları, haqq etdikləri dərsi verir, verəcək."
Xatırladaq ki, ABŞ-İsrail gücləri bu gün Tehranı, eləcə də İsfahan, Kərəc, Qum, Təbriz, Buşehr, Kirmanşah və İlam şəhərlərini bombalayıb. İran isə buna qarşılıq olaraq ABŞ-ın Yaxın Şərqdəki 6 ölkədəki hərbi bazalarına zərbə endirib. Bununla yanaşı, İsrailə doğru yüzlərlə raket və PUA-lar buraxılıb.
Tahir Şəlvəli
Mia.az