"İrana qarşı böyük bir əməliyyat başlatdıq".
Mia.az xəbər verir ki, bu sözləri ABŞ prezidenti Tramp bəyan edib.
O bildirib ki, ölkəsinə qarşı təhdidləri aradan qaldırmaq üçün belə əməliyyata zərurət yaranıb..
***
Bu gün ABŞ-la İran arasındakı danışıqların ümidverici olmasına baxmayaraq, İsrail gözlənilmədən İrana qarşı hava hücumuna start verib.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, İsrail bu hücumu İranın gözlənilən hücumunu zərrəsizləşdirmək üçün qabaqlayıcı zərbə kimi yoxur.
Məlumata əsasən, artıq İranın paytaxtı Tehran, İsfahan, Qum, Kərəc, Kirmanşah, Təbrizdə partlayışlar baş verir.
İsrail mediası hücumlarda İranın dövlət rəhbərlərinin hədəf alındığını yazır.
İsrail ordusu isə ölkəyə mümkün raket atılması halında ictimaiyyəti sığınacaqlara yönlənməyə çağırıb.
Hökumət isə İranın mümkün qisasına qarşı İsraildə fövqəladə vəziyyət elan edib
Fars Xəbər Agentliyi isə İsrailin Tehranın Universitet Küçəsi və Respublika ərazisinə zərbələr endirdiyini açıqlayıb.
"Reuters" isə Mehrabad Hava Limanının vurulduğunu yazıb. Bildirilib ki, hücumda ABŞ gücləri də iştirak edir.
Bəzi media orqanları isə Tehranın mərkəzində İranın ali lideri Əli Xameneinin əsas iqamətgahına da zərbə endirildiyini bildirib: "Lakin İranın dini lideri Xameneyinin Tehranda deyil, o, təhlükəsiz yerdədir."
İran mediası hücum zamanı İran Prezidenti Məsud Pezeşkianın yaralanmadığını bildirir. Lakin ölkənin Ali Məhkəmə sədrinin isə öldüyü deyilir.
Hələlik itki və yaralılar haqqında təfərrüatlı informasiya verilməyib.
Məlumata görə, İrana qarşı hücum davam edir. Tehranın isə gün ərzində İsrailə və ABŞ-ın bölgədəki hərbi bazalarına zərbə endirəcəyi xəbərləri tirajlanıb.
Samir MUSAYEV
Mia.az