İran ABŞ və İsrailin gözlənilməz hücumuna cavab verməyə başlayıb.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, İran ordusu bir neçə istiqamətdən İsrailə uzaqmənzilli raketlər və yüzlərlə PUA buraxıb.
İran İslam İnqilabı Keşikçiləri Korpusundan (SEPAH) bildirilib ki, ABŞ-nin Yaxın Şərq regionundakı bütün obyektləri qanuni hədəfdir: "İsrailin və ABŞ-nin Yaxın Şərqdəki bütün hərbi hədəfləri İran raketlərinin güclü zərbələri ilə vurulub, ABŞ-nin regiondakı bütün obyektləri İran ordusu üçün qanuni hədəflər sayılır".
Məlumatda deyilir ki, İran raketləri Qətər, BƏƏ və İsraildə artıq bir neçə hədəfi vurub.
İsrail ordusu əhaliyə müraciət edərək, sığınacaqlara getməyə tələb edib: "Ordumuz bu raketləri hava məkanımıza daxil olmadan zərərsizləşdirməyə çalışır".
Samir MUSAYEV
MİA.AZ