Azərbaycanın Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində Azərbaycan Respublikasının baş konsulu təyin olunub.
Mia.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb.
Sərəncamla Kamran Vahid oğlu Məmmədzadə Dubay şəhərində Azərbaycanın baş konsulu təyin edilib.
Xatırladaq ki, digər sərəncamı ilə Cavidan Rizvan oğlu Hüseynov Dubay şəhərində Azərbaycanın baş konsulu vəzifəsindən geri çağırılıb.
***
Elmar Eldar oğlu Məmmədov Azərbaycanın Bolqarıstan Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilib.
Mia.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev Sərəncam imzalayıb.
***
Cavidan Rizvan oğlu Hüseynov Azərbaycanın Bəhreyn Krallığında səfiri təyin olunub.
Mia.az xəbər verir ki, Prezident İlham Əliyev bununla əlaqədar müvafiq Sərəncam imzalayıb.
C.Hüseynov bu təyinata qədər Azərbaycanın Dubay şəhərində baş konsul işləyib.