Bu gün ABŞ-ın İsraildəki diplomat və ailərinı ölkədən çıxarmaq qərarının müzakirəsinin getdyi bir anda Çin bölgədə müharibə təhlükəsinin zənginin çalındığı ehtimalını gücləndirən çağırış edib.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, rəsmi Pekin vətəndaşlarına müraciət edərək, təcili olaraq İranı tərk etmələrini istəyib.

Məlumata gərə, Çinin İrandakı səfirliyi və konsulluqları çinlilərə xəbərdarlıqda İrandakı xarici təhlükəsizlik risklərinin mövcudluğuna diqqət çəkib: "Təhlükə böyükdür, mümkün hallarda ölkəni təcili tərk etməyə çalışın. Biz İran və qonşu ölkələrdəki səfirlik və konsulluqlar vasitəsiylə Çin vətəndaşlarına dəstək verəcək, kommersiya uçuşları və ya quru yolu ilə transferlər təmin edəcəyik".

Xəbərdarlıqda həmçinin Çin vətəndaşlarına İrana səyahət etməkdən çəkinmələri də tövsiyə olunub.

Samir MUSAYEV

MİA.AZ