ABŞ-ın "Kolambus Kryu" klubuna transfer olunan və hətta adıçəkilən komandada 90 nömrəli forma geyinəcəyi açıqlanan Azərbaycan millisinin futbolçusu Nəriman Axundzadə hələ də ABŞ-a yollana bilməyib.

Bu barədə Mia.az-a daxil olan məlumata görə, ABŞ-ın ölkəmizdəki Səfirliyi hələ də onun viza müraciətinə "hə" deməyib: "Bu səbəbdən 21 yaşlı hücumçunun ABŞ-a yola çıxması ləngiyib".

Məlumatda deyilir ki, ABŞ-ın Azərbaycandakı Səfirliyinin bu həftə Nəriman Axundzadənin viza müraciətinə "hə" və ya "yox" cavabı verəcəyi gözlənilir.

Xatırladaq ki, Nəriman Axundzadənin "Kolambus Kryu" ilə 2029-cu ilin yayınadək müqavilə imzayacağə və bu transferdən "Qarabağ"ın bir milyon avroya yaxın qazanc əldə edəcəyi barədə xəbərlər yayılıb.

Fərid ASLAN

Mia.az