Təxminən bir il yarımlıq zədə səbəbindən yaşıl meydandan uzaq qalan Türkiyə yığmasının müdafiəçisi, "Hoffenhaym"un futbolçusu Ozan Kabakın geridönüşü möhtəşəm olub.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, artıq İspaniya nəhəngi "Barselona" obnu heyətinə qatmaq üçün indidən hərəkətə keçib.

Məlumata görə, zədədən sonra meydanda fırtına kimi əsən  25 yaşlı müdafiəçinin "Ayntraxt Frankfurt", "Frayburq" və "Köln" komandalarına qarşı oyunlarda qol vurması da diqqət mərkəzinə düşməsində müstəsna rol oynayıb.

Məlumatda o da deyilir ki, Ozan Kabakın Avropa Birliyi ölkələrində yerli oyunçu statusunda oynaya bilməsi üçün Almaniya vətəndaşlığına da müraciət edib.

Fərid ASLAN

MİA.AZ