İstanbulda "Casperlar" adlı kriminal qruplaşmaya qarşı müdhiş əməliyyata imza atılıb.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, əməliyyatla kriminal dəstəyə gizli əməliyyat və digər məlumatarı ötürən 7 polis zabiti və bir məhkəmə katibi də daxil olmaqla 14 nəfər qandallanıb.
Məlumatda deyilir ki, dəstə lideri İsmayıl Atız Almaniyada vaxtilə onu və ətrafının həbsinə nail olan alman prokuroru ilə yanaşı, daha bir prokurora sui-qəsd etməyi planlayıbmış: "Bu məlumat əsasında aparılan gizli təhqiqat zamanı kriminal qruplaşmaya İstanbul polis idarəsindən məxfi məlumatların ötürüldüyü aşkarlanıb. Bundan sonra əməliyyat düyməsi basılıb. 7 yüksək vəzifəli polis zabiti və bir məhkəmə katibi daxil olmaqla 14 nfər turulub".
Məlumatda deyilir ki, əsasən Bahçelievler, Küçükçekmece və Bağcılar rayonlarında fəaliyyət göstərən "Casperlar" cinayət təşkilatı "soyğunçuluq", "qəsdən xəsarət yetirmə", "təhdid", "narkotik qaçaqmalçılığı", girovgötürmə və sair cinayətlər üzrə "peşəkarlaşıblar"
Firudin Səfərli
MİA.AZ