Bakının Nərimanov Rayon Polis İdarəsi 17-ci Polis Şöbəsinin əməkdaşları sosial şəbəkədə narkotik satmaqda şübhəli bilinən əvvəllər məhkum olunmuş 29 yaşlı Elçin Bağırovu və 37 yaşlı Əliağa Vahabovu saxlayıblar.

Daxili İşlər Nazirliyindən Mia.az-a bildirilib ki, həmin şəxslərdən ümumilikdə 6 kiloqram narkotik vasitə olan tiryək və marixuana aşkarlanıb. E.Bağırov və Ə.Vahabovun sosial şəbəkələr vasitəsilə narkotiklərin onlayn satışını həyata keçirdikləri məlum olub.

Faktlarla bağlı araşdırmalar davam etdirilir.