Türkiyə futblunda mərc/qumar oyunlarına görə həbs edilən və ya cəzalandırılanlaın sayı hər keçən ay sürətlə artır.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, indiyə qədər müxtəlif liqalarda forma geyinən futbolçu, hakimlər, məqşçilər klub rəsmiləri, texniki heyətlər mərc oyunlarına pul qoymaqla oyun alqı-satıq ehtimalı yaratmaqda ittiham olunublar. Onlardan çoxunun - txminən 6 mindən çox şəxsin barəsindəki şübhələr təsdiqlənib: "İndiyə qədər sadalananlardan təxminən 6 minə yaxnı cəza alıb".

Məllumata görə, dünən İstanbul başda olmaqla daha 9 şəhərdə - İstanbul, Adana, Ankara, Antalya, Dənizli, Giresun, İzmir, Konya və Muğlada mərc/ qumar oyunlarınn aktiv iştirakçısı olan 31 nəfər saxlanılıb: "Onların arasında bir neçə klubun idarəetmə postunda çalışan rəsmi şəxsəri də var".

Firudin Səfərli

MİA.AZ