"Artıq gözlənilməzlik siyasət alətinə çevrilib. ABŞ ilə bu gərginliyi və amerikalılarla münasibətlərini yenidən müəyyənləşdirməyə ciddi ehtiyac var".
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu sözləri Almaniya Kansleri Fridrix Merz lideri olduğu Xristian Demokrat İttifaqının iclasında deyib.
O, ABŞ-la aralarında siyasi gərginliyin artdığını etuiraf edib: "Lakin biz amerikalıların dost və strateji müttəfiqik. Biz bunu qorumaq üçün çalışırıq. Təəssüf ki, ABŞ-ın beynəlxalq nizamın qarantı kimi roluna marağı azalıb. Bununla belə, ABŞ-la sarsılmaz tərəfdaşlıq üçün səylərizi dayandırmayacağıq. Düzdür, bütün hallarda gələcək taleyimizin öz əlimizdə olması üçün yorulmadan cəsaərətlə davranmalıyıq"
Kansler qeyd edib ki, bir neçə ildən sonra bu gün baş verənlərə tarixi qiymət veriləcək: "O zaman bu gün düzgün iş görülüb-görülmədiyi aydın izah olunacaq. Çünki tarix bizə bir şeyi öyrədib: kimisə dilə tutumaq, sakitləşdirməyə can atmaqla sülh olmur, yaranmır. Bu, əksinə, təcavüzkarı daha da cəsarətləndirir. Bu gün sadəlövh pasifizmə uyanlar sabahkı müharibələri təşviq edirlər..."
Tahir Şəlvəli
MİA.AZ