Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab edilən şəhid Nofəl Əsgərov dəfn olunub.
Məlumata görə, şəhidlə keçirilən vida mərasimindən sonra onun nəşinin qalıqları Gəncənin Səvizkar qəbiristanlığının Şəhidlər cərgəsində torpağa tapşırılıb.
Gəncə şəhərində Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab edilən Nofəl Cahangir oğlu Əsgərovla vida mərasimi keçirilib.
Mia.az xəbər verir ki, vida mərasimində şəhidin doğmaları, şəhər rəsmiləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Qeyd edək ki, N.Əsgərov 1965-ci il sentyabrın 10-da Tərtər rayonunun Borsunlu kəndində anadan olub. 1992-ci il iyunun 16-da Ağdərə rayonunun Sırxavənd kəndi istiqamətində itkin düşüb.
N.Əsgərov Gəncənin Səvizkar qəbiristanlığında dəfn olunacaq/Report.
Allah rəhmət eləsin!