Almaniya Kansleri və Xristian Demokrat İttifaqının (CDU) sədri Fridrix Merz dünyada gedən proseslərlə bağlı mühim mesajlar verib.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, o, Xristian Demokrat İttifaqının iclasında yeni bir dünya nizamının, böyük bir güc nizamının sürətlə formalaşdığını söyləyib.
Qlobal nizamın transformasiyasına şahidlik etdiyimizi xüsusi vurğulayan Merzin sözlərinə görə, hazırda dünyada qaydalara əsaslanan nizamın mövcud olmadığını bildirib: "Yeni bir dünya nizamı, daha dəqiqi, böyük bir güc nizamı sürətlə formalaşır. Bu, qlobal iqtisadiyyata, dünya ticarət nizamına, Avropa təhlükəsizliyinə və Almaniyanın dünyadakı roluna sözsüz ki, təsir edir. Təbii, bunun da daxili siyasətə - hər kəsə təsiri var. İstər-istəməz cəmiyyətdə dəyişikliklərə səbəb olur. Bəs biz nə edirik? Cavab nisbətən sadədir. Biz yeni prioritetlər müəyyən edirik. Beləliklə, Almaniya üçün vahid Avropa daxilində yeni, böyük bir strategiya ortaya çıxıb. Doğrudur, böyük dövlətlərin bu yeni dövründə gücü getdikcə qanunun aliliyini üstələyir. Bu yeni dövrdə güc, xüsusən də hərbi güc, həm də iqtisadi güc vacibdir. Bu yeni dünya sərt və bəli, təhlükəlidir"
Kansler deyir ki, qaydaların olmadığı yerdə münaqişə riski artır.
Tahir Şəlvəli
MİA.AZ