Türkiyədə yeni syasi ittifaq yaranır.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu barədə ölkənin sabiq baş naziri Nəcməddin Ərbakanın oğlu, Yenidən Rəfah Partiyasının lideri Fatih Ərbakan NOW TV-yə müsahibəsində danışıb.
Onun sözlərinə görə, DEVA, Gelecek, Səadət və Yeniden Refah Partiyaları qarşıdakı Prezident və parlament seçkilərində vahid siyahı ilə qatılmaq istiqamətində müzakirə aparılır: "Daha güclü bir sinerji yaratmaq üçün İYİ Partiyasının buraya daxil edilməsini istəyirik".
O b bildirib ki, İyi Partiya güclü partiya və bəlli secisi gücünə sahibdir: "İnanıram ki, seçkilərə yaxınlaşdıqca, biz rəsmi bir ittifaq kimi meydanda olacağıq"
Firudin Səfərli
MİA.AZ