"Beşiktaş", "Başakşehir" matçında zədələnərək oyunu tərk edən El Bilal Turenin 1 aydan çox meydançalardan uzaq qalacağını açıqladı.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, "ağ-qara" klubdan verilən açıqlamada deyilir:
""Başakşehir" komandasına qarşı oyununun 34-cü dəqiqəsində sol bud oynağındakı ağrı səbəbindən oyuna davam edə bilməyən futbolçumuz El Bilal Ture MRT müayinəsindən keçib. Müayinə zamanı sol bud oynağının vətərində qanaxma və cırıq (biseps bud əzələsi) aşkar edilib. El Bilal Turenin müalicəsi tibbi qrupumuz tərəfindən başlanıb."
Xatırladaq ki, mövsümün əvvəlində İtaliyanın "Atalanta" komandasından icarəyə götürülən El Bilal, "Beşiktaş"da 18 rəsmi matçda 6 qol vurub və 5 məhsuldar ötürmə edib.
Fərid
MİA.AZ