"Qalatasaray" "Yuventus"la oyunun hazırlıqlarını davam etdirir.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, baş məşqçi Okan Buruk bu oyun üçün start heyətində yer almağa çalışır.
Qapıda Uğurcan Çakır olacaq. Müdafiənin sağ tərəfində Saşa Boey, sol tərəfində isə İsmayıl Yakobs olacaq. Mərkəzi müdafiə cütlüyünün Vilfrid Sinqo və Əbdülkərim Bardakçı olacağı gözlənilir.
Yarımmüdafiədə Roland Sallainin Lukas Torreira-Qabriel Sara duetinin qarşısında oynayacağı gözlənilir. Leroy Sanenin sağda, hücum üçlüyünün solunda isə Barış Alper Yılmazın start heyətində yer alacağı gözlənilir.
Viktor Osimhen isə forvard mövqeyində yer alacaq.
Fərid
MİA.AZ