İngiltərə nəhəngi "Mançester Siti" yay transfer pəncərəsində "Nottinqem Forest"də çıxış edən futbolçu Morqan Qibbs-Uaytı heyətinə qatmaq istəyir.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, "Mançester Siti" ötən il ingiltərəli oyunçunu almağa çalışsa da, istəyinə çatmayıb.
Xatırladaq ki, Morqan Qibbs-Uayt bu mövsüm 35 matçda 7 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.
26 yaşlı futbolçunun "Nottinqem Forest"lə 2028-ə dək müqaviləsi mövcüddur.
Fərid
MİA.AZ