Bu gün Yevlaxda "Neftçi"ylə oyuna gələn "Kəpəz"in avtobusu xarab olub.
Mia.az xəbər verir ki, oyun bitəndən sonra avtobusa minən futbolçular daha sonra avtobusdan düşməyə məcbur olub.
Bununla bağlı mia.az-ın sualını cavablandıran klubun Media və Marketinq departamentinin rəhbəri Gəray Qiyasovun sözlərinə görə, avtobusun əyləcində yaranan problem üzündən maşın Yevlax stadionunda qalıb və hazırda onun təmir işləri davam edir.
Qeyd edək ki, futbolçular taksiylə Gəncəyə, "Kəpəz"in bazasına yola salınıb.
Zülfiyyə Mustafayeva
Mia.az
Yevlax