Braziliya Futbol Federasiyası yığma komandanın baş məşqçisi Karlo Ançelotti lə bağlı qərar verib.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, federasiya rəhbərliyi onunla müqaviləni 2030-cu ilə qədər uzadacaq.
Məlumatda deyilir ki, federasiya gün ərzində yeni anlaşma haqda açıqlama yayacaq.
Xatırladaq ki, Ancelottinin rəhbərliyi altında 2026-cı il Dünya Kubokunu qazanmağı hədəfləyən Braziliya yığması 8 oyuna çıxıb. Komanda bu oyunlardan 4-də qələbə, 2-də heç-heçə və 2-də isə məğlubiyyət alıb.
Onu da qeyd edək ki, 5 dəfə Çempionlar Liqasının qalibi olan Karlo Ancelotti ötən ilin may ayının 26-dan Braziliya millisinə rəhbərlik edir.
Fərid ASLAN
MİA.AZ