"Rusiya, ABŞ və Ukrayna arasında böhranın həlli ilə bağlı üçtərəfli danışıqların üçüncü raundunun vaxtı bəllidir".
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə Kremlin sözçüsü Dmitri Peskov Moskvada jurnalistlərə açıqlama verib.
Onun sözlərinə görə, üçtərəfli danışıqların üçüncü raundu gözlənildiyi kimi BƏƏ-də deyil, Avropada keçiriləcək: "Görüş 17-18 fevral tarixlərində İsveçrənin Cenevrə şəhərində olacaq"
Peskov bildirib ki, Rusiya nümayəndə heyətinə yenə Vladimir Putinin müşaviri Vladimir Medinski rəhbərlik edəcək.
Samir MUSAYEV
MİA.AZ