"Rusiyaya Ayı deyirlər, lakin onlarda ayı gücü və sürəti yoxdur".

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu sözləri NATO-nun baş katibi Mark Rutte Rusiya-Ukrayna müharibəsi ilə bağlı son vəziyyətə münasibətdə deyib.

Ruttenin sözlərinə görə, Putin Ukraynada düşündüyü, planladığı missiyanı 4 il ərzində nəinki həyata keçirə bilməyib, əksinə, çox böyük itkilərlə üzləşib: "Rusiyanı Ayıya bənzədənlər var. Lakin  ortada ayılıq heç nə yoxdur. Rusiya ilbiz sürəti ilə hərəkət edir və çox ağır itkilər verir...".

Samir Musayev

MİA.AZ