Bu gün Antalyada sərnişin təyyarəsi qəzaya uğrayıb.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, Antalya Hava Limanından qalxarkən sərnişin təyyarəsinin şassisi qırılıb.
Mlumata görə, nəticədə qanadı qırılan təyyarə sola əyilib: "175 sərnişin və 6 heyət üzvünün olduğu təyyarədə heç kim xəsarət almayıb"
"SunExpress" açıqlamasında bildirib ki, böyük həyəcan aradan qəzadan sonra sərnişinlər təyyarədən təhlükəsiz şəkildə düşüblər: "Təyyarə texniki yoxlamaya aparılıb".
Firudin Səfərli
MİA.AZ
