"Qalatasaray"ın prezidenti Dursun Özbək idman şərhçisi Erman Toroğlunun onunla Federasiya prezidenti arasındakı gizli danışıq barədə sözlərinə münasibət bildirib.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, klub prezidenti iddiaların əksinə olaraq TFF prezidentindən "Qalatasaray"ın çempion olmasına dəstək istəmədiyini deyib:
"Mən "Qalatasaray" klubunun prezidentiyəm. İbrahim Hacıosmanoğlu isə TFF-nin prezidentidir. Zaman-zaman işimizin gərəyi olaraq görüşürük. Türkiyə futbolunun gələcəyi və problemləri barədə danışırıq. Bunu "Qalatasaray"la əlaqələndirmək fövqəladə yanlış və böhtandır. biz üç il ardıcıl çempion olmuşuq. Dördüncü ildir ki, liqada hələlik liderlik. Maliyyə problemlərimizi də həll etmişik. Klubumuzda da əla atmosfer var. Belə bir komandanın prezidenti federasiya prezidentinə "bizə dəstək verin, çempion olmağa borcluyuq", - deyə bilərmi?Deməz. "Qalatasaray" bəzilərinin düşündüyü komanda deyil. İbrahim Hacıosmanoğludan da soruşun".
Klub prezidenti daha sonra belə mesaj verib: "Heç kim suyu bulandırıb, balıq tutmağa çalışmamalıdır. Heç kim "Qalatasaray"ı bu cür şeylərlə əlaqələndirməməlidir".
Xatırladaq ki, Toroğlunun canlı yayımda ""Qalatasaray"ın prezidenti Dursun Özbek gizli görüşdə Futbol Federasiyasının prezidentinə deyib ki, bu il çempion olmağa məhkumuq, vəziyyət çox pisdir, bizə kömək edin, bizi dəstəkləyin", - deyə açıqlama vermişdi. O, bu sözünə görə prokurorluqda ifadəyə çaöırılıb. Daha sonra məhkəməyə çıxarılsa da, hakim onu sərbəst buraxıb.
Fərid ASLAN
Mia.az