"İkardi bizim üçün çox dəyərli oyunçudur. Klubda olduğu müddətdə verdiyi töhfə və sədaqət danılmazdır".
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu sözləri "Qalatasaray" klubunun prezidenti Dursun Özbek deyib.
Onun sözlərinə görə, İkardiylə mövsümün sonuna qədər müqavilə var: "Mövsümün sonunda oturub İkardi ilə danışacağıq. İkardi Qalatasaray üçün xüsusi bir oyunçudur. Əlbəttə ki, "Qalatasaray"ın öz dəyərləri var. O, bizim üçün çox dəyərlidir."
Fərid ASLAN
MİA.AZ