"Rusiya prezidenti Vladimir Putin bizi döyüş meydanında məğlub edə bilməz. O, buna görə də mülki əhaliyə qarşı terror həyata keçirir".
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu sözləri Ukraynanın yeni müdafiə naziri Mixaylo Fedorov NATO Müdafiə Nazirləri iclasında deyib.
O bildirib ki, müharibəni bu il bitirmək üçün bütün səylər artırılıb.
Son günlərdə Ukrayananın döyüş bölgəsində strateji təşəbbüsü ələ keçirdiyini xatırladan nazir bildirib ki, Moskva bu səbəbdən mülki sahələri ballistik raketlərlə vurur: "Rusiyan təkcə bu gün (dünən) 20-yə qədər ballistik raket atıb".
Tahir Şəlvəli
Mia.az